Ermənistan nümayəndə heyətinə sərt cavab

27 Yanvar 2018 09:19

Ermənistan nümayəndə heyətinə etiraz edən millət vəkili Qənirə Paşayeva Serj Sarqsyanın səsləndirdiyi yalanlara sərt cavab verib. Azərbaycanın bir ay sonra 1992-ci ildə törədilən Xocalı soyqırımının ildönümünü qeyd edəcəyini xatırladan nümayəndə heyətinin üzvü bu cinayəti törədənlərin hələ də azad şəkildə Ermənistanda gəzdiklərini və ədalət qarşısında cavab vermədiklərini diqqətə çatdırıb. Millət vəkili AŞPA-nı Ermənistanın bu cür hərəkətinə qarşı heç bir ciddi addım atmamaqda qınayıb. Mən parlamentdə cəbhəboyu yerləşən regionlardan birinin təmsilçisi kimi həqiqəti öz gözləri ilə görmək arzusunda olan həmkarlarımı regionumuza dəvət edirəm. Siz Ermənistanın cəbhəboyu törətdiyi cinayətləri öz gözlərinizlə görəcəksiniz. Əgər bu qətnamə yerinə yetirilsəydi, çoxlu sayda insan, onlarla körpə və mülki vətəndaş öz həyatını itirməyəcəkdi”Sitatın sonu.