Sinoptiklər xəbərdarlıq edir: Qar yağacaq

26 Yanvar 2018 16:31

Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.