Keçmiş məhkum narkotiklə tutuldu

26 Yanvar 2018 16:26

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hökuməli qəsəbə sakini əvvəllər 2 dəfə məhkum olunan Əmrulla İsmayılov yaşadığı qəsəbədə saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkarlanıb. İdarəyə gətirilən şəxsin ətrafında aparılan araşdırmalar zamanı onun oğurluq cinayətlərinin də üstü açılıb. Avtomobil təmiri ilə məşğul olduğunu deyən Əmrulla İsmayılov dindirilərkən törətdiyi cinayətləri etiraf edib. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ağakərim Axundovdan 1 kiloqram 671 qram heroin götürülüb. Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində isə Cəlilabad rayon sakini Nurid Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilib. Oradan 8 kiloqram 520 qram tiryək aşkar edilib. Anoloji faktların üstünü Quba, Mingəçevir və Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları da açıblar. Yadigar Əlizadədən 321 qram heroin,Vurğun Abdulovdan 453 qram, Elgüc Ağaməmmədovdan 21,9 qram, yaşadığı evə baxış zamanı isə əlavə 435 qram marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb.