Həmsədrlər regiona nə vaxt gələcək?

26 Yanvar 2018 11:48

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın birinci ongünlüyündə regiona səfər edəcəklər.“ Bunu Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib. Onun sözlərinə görə, səfər zamanı həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcəklər. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunacaq.