"Əməliyyat təhlükə bitənədək davam edəcək"

26 Yanvar 2018 10:05

"Türkiyə Suriyada hərbi əməliyyatları terror təhlükəsi aradan qalxanadək davam etdirəcək". Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan Tbilisidə keçirdiyi mətbuat konfransında belə deyib. Səfir bildirib ki, Ankaranın Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı antiterror əməliyyatı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında beynəlxalq hüquqa uyğun həyata keçirilir. Diplomat bu əməliyyatların Suriyada yaşayan kürd xalqına qarşı olmadığını vurğulayıb. Səfir deyib ki, PKK beynəlxalq səviyyədə tanınmış terror təşkilatıdır. Bu təşkilat artıq öz hüdudlarından kənara çıxaraq daha geniş ərazilərdə təxribatlar həyata keçirməyə başlayıb. Bu da Türkiyəni ciddi narahat edir. Çünki bu terror aktları Türkiyə üçün də təhdiddir. Səfir “Zeytun budağı” adlı əməliyyatla əlaqədar Türkiyənin dostlarından, strateji tərəfdaşlarından və müttəfiqlərindən dəstək aldığını vurğulayıb.


AZƏR MƏMMƏDOV