Yoxa çıxan gəmidə azərbaycanlılar da var

25 Yanvar 2018 16:51

Yapon dənizində Rusiyaya məxsus balıqçı gəmisi yoxa çıxıb. Axtarışlara iki sahil mühafizəsi gəmisi və iki helikopter cəlb edilib. Gəmidə Rusiya vətəndaşları ilə yanaşı, əcnəbilərin olduğu da deyilir. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, itkin düşənlər arasında azərbaycanlıların olması ilə bağlı xəbələr araşdırılır. Ölkəmizin Yaponiyadakı səfirliyinə bu barədə müvafiq məlumat verilib. Rusiyanın Saxalin vilayətinin rəsmi qurumlarının açıqlamasına görə isə gəmidəki 21 nəfərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlılardır. Onlar 1991-ci il təvəllüdlü Ruslan Əlizadə və 1972-ci il təvəllüdlü Mübariz Hüseynovdur. Hazırda gəminin axtarışları davam etdirilir. "Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirdi. Yanvarın 24-ü gecə qəza siqnalından sonra gəmi ilə əlaqə kəsilib. Axtarışlar davam edir.