8 kq narkotik müsadirə olundu

25 Yanvar 2018 16:48

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan Rəhman Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan tiryək və marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 7 kiloqram tiryək və 1 kiloqram qurudulmuş marixuana olması barədə rəy verilib. Saxlanılan şəxs götürülən maddi sübutlarla birgə istintaqa təhvil verilib. Məmmədov ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.