"Gördüm silahdır, xoşuma gəldi götürdüm"

25 Yanvar 2018 16:45

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib. Paytaxtın Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunan Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib. Oradan “RPK 74” markalı odlu silah və 5 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs götürülən maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.