"Ermənistanın yaydığı məlumatlar əsassızdır"

25 Yanvar 2018 15:11

Cəbhə xəttində guya gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur. Azərbaycanın Müdafiə Nazirliyi cəbhədə gərginliyin yaranması ilə bağlı erməni tərəfin yaydığı məlumatlara belə münasibət bildirib. “Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib”- deyə nazirliyin məlumatında deyilir.