100-dən çox ailə Teleqüllə ətrafından köçürüldü

25 Yanvar 2018 15:01

Bayıl yamacında, Teleqüllə yaxınlığında sürüşmə ilə əlaqədar olaraq 100-dən çox evin sakini ərazidən köçürülüb. Aidiyyatı orqanların nümayəndələri adı çəkilən bölgədə olub, oraya baxış keçirib sakinlərlə görüşüblər. Sürüşmə sahəsindən təxliyə edilənlər rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılan müvəqqəti sığınacaqlara yerləşdiriliblər. Əksər sakinlərə 49 və 51 saylı orta məktəblərdə sığınacaq verilib. Sakinlər qida və su ilə təmin olunub. Köçürülmə polis əməkdaşlarının nəzarəti ilə həyata keçirilir.