Ermənistanı bu məhv edəcək

24 Yanvar 2018 18:15

Ermənistan hakimiyyəti biznes dostlarına vergiləri ödəməməyə və gəlirləri ofşorlarda gizlətməyə kömək edir, dövlət büdcəsi isə faktiki olaraq əhalinin hesabına doldurulur. Bunu ukraynalı ekspert Aleksandr Oxrimenko deyib. Onun sözlərinə görə, Ermənistanda yanacaq qiymətlərinin artması da ümumi bahalaşmaya gətirib çıxarır. Ermənistanın hərbi xərclərindən danışan ekspert qeyd edib ki, iri hərbi xərclər də əhalinin hesabına ödənilir. SİTAT: “SSRİ-ni hərbi xərclər məhv etdi, Ermənistanı da bu təhdid gözləyir. Hərbi xərclər hər zaman qeyri-effektivdir və bu sahədə korrupsiya çoxdur. Məhz buna görə də Ermənistan dövlət büdcəsində kəsir böyük olur”. SİTATIN SONU.