Onları bıçaqlayanlar tutuldu

24 Yanvar 2018 16:22

Bakının Səbail rayonunda qanlı hadisə baş verib. Olay rayonun Əlibəyov qardaşlar küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. 58 yaşlı Əli Əzimov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olan Əli Əzimovu polis dindirib. O, ifadəsində bildirib ki, evində nəvəsi üçün kiçik toy məclisi təşkil edib. Soyuducuda olan buzu bölən zaman bıçaq təsadüfən ona dəyib. Lakin araşdırmalar zamanı zərərçəkənin düzgün ifadə vermədiyi məlum olub. Həkimlərin rəyinə görə Əli Əzimovda daxilə nüfuz edən iki bıçaq xəsarəti olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb. İnsidentlə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə cinayət işi açılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Yanvarın 22-də Gəncə şəhərində qeydə alınan olay nəticəsində üç nəfər - Şəmkir rayon sakinləri, 22 yaşlı Orxan Rzazadə, 25 yaşlı Orxan Rüstəmov və 24 yaşlı Orxan Məmmmədov bıçaqlanıblar.