73 yaşını qeyd edən AMEA

23 Yanvar 2018 16:48

Elm dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir və ciddi islahatlar aparılır. Məhz bu səbəbdəndir ki, gənclər tərəfindən də elmə olan maraq artmaqdadır. Elə qəhrəmanımız Osman Hacıyev kimi. Osman Hacıyev kimi ölkəmizdə gənc alimlər çoxdur və fəaliyyətlərini uğurla davam etdirirlər. Azərbaycan elmi dünyaya Lütfi-zadə kimi əvəvzolunmaz alimlər də bəxş edib. Hər bir azərbaycanlının qürur mənbəyi olan görkəmli alimin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Yeri gəlmişkən, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasından 73 il ötür. Bu dövr ərzində Elmlər Akademiyası nəhəng bir təşkilata, fundamental tədqiqatların əsas mərkəzinə çevrilib. Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli Fərmanı AMEA-ya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu verdi. 73 il ərzində akademiyada əldə edilən elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanan yüksək ixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynayıb.


RAMİL ZEYNALLI