Düşmənin kabusuna çevrilən silahlarımız

23 Yanvar 2018 14:22

Azərbaycanın Rusiyadan aldığı yeni silahlar hər zaman olduğu kimi bu dəfə də Ermənistanda ciddi vəlvələyə səbəb olub. Moskvadan müasir texnikanın Bakıya gətirilməsi və qısa müddətə cəbhə xəttinə göndərilməsi üçün hazırlıq işləri hayların kabusuna çevrilib. Ermənistan mediası ağır texnikanın cəbhəyə göndərilməsinin Dağlıq Qarabağda yerləşdirilən erməni hərbi birləşmələri üçün təhlükəli olacağını açıq aydın etiraf edir. Bu tip hərbi texnikalar 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq olunaraq, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Bu nöqteyi nəzərdən heç şübhəsiz ki, onların təşvişi ikiqat artıb. Onlar başa düşürlər ki, bu Azərbaycan Ordusunun ciddi şəkildə güclənməsi və rəsmi Bakının “əraziləri hərbi yolla azad etmək” variantına hər keçən gün yaxınlaşmasına zəmin yaradır.