Çayda boğulan sağlamlıq...

23 Yanvar 2018 10:39

Çayın qida maddələri ilə zəngin olduğu hamıya məlumdur. Lakin hər susayanda, acanda, xəstələnəndə, söhbət edəndə, bəzən boşluqdan, yeri gəldi-gəlmədi içdiyimiz çayın bu qədər qəbulu sən demə sağlamlıq üçün əməllicə riskmiş. Qeyd olunan proses orqanizmdə gizlin gedir. Yalnız sümük tam kövrəldikdən sonra - qırılan zaman biuzə verir. Çayın tərkibindəki kofein və tanin miqdarı baş ağrısına və yuxusuzluğa səbəb ola bilir.Çayın dəmlənmə qaydalarında əməl etmək şərtdir - uzun müddət dəmlənməsi orqanizmə zərərlidir. Tünd rəngli çayın tərkibində kofein miqdarı çox olduğundan asılılıq yaradır. Odur ki, rəngi nə qədər açıq olsa, bir o qədər yaxşıdır. Qaynar çay müxtəlif mədə xəstəliklərinə səbəb olur. Mütəxəssislərin fikrincə, içilən zaman maksimum istilik 56 dərəcə olmalıdır. Ac qarına çay tövsiyə edilmir. Yeməkdən əvvəl qəbulu mədə şirəsini azaldır, proteinin mənimsənilməsini ləngidir. Çayı yeməkdən 20-30 dəqiqə əvvəl və ya sonra içmək məsləhət görülür. Nahaq yerə deməyib dahi Nizami Gəncəvi - “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”...


AYNA MƏMMƏDOVA