Cinayətkar şəbəkə ifşa olundu

22 Yanvar 2018 17:11

Dövlət Təhlükəsizliyi Xidməti “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkəni ifşa edib, qanunsuz fəaliyyətlərinin qarşısını alıb. Əməliyyat nəticəsində Azərbaycan vətəndaşları Məmmədov Aqil Kamandar oğlu, Mustafayev Mustafa Abuzər oğlu və Babayev Vüqar Ədalət oğu, habelə Gürcüstan vətəndaşı İzmailov Mamed Həşim oğlu və qeyd olunan silsilə cinayət əməllərinin digər iştirakçıları saxlanılılıb. Müəyyən edilib ki, qeyd olunan şəxslər tərəfindən 2017-ci il ərzində gömrük nəzarətindən gizli, bəyan edilmədən hissə-hissə ümumilikdə 80 milyon 731 min 282 ABŞ dolları, 5 milyard 270 milyon 227 min 972 Rusiya rublu, 248 min 915 avro məbləğində xarici valyuta nağd formada qaçaq yolla ölkədən çıxarılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.