Əməlinə görə üzünü yandırdılar

22 Yanvar 2018 16:34

Tovuzda yerli sakin yanıq xəsarətləri alıb. Rayonun Yuxarı Öysüzlü kənd sakini, 28 yaşlı Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumatlara görə, Emil oğurluq məqsədi ilə başqasının evinə daxil olub və bu zaman ev sahibi onun üzünə qaynar su atıb. Faktlarla bağlı araşdırma aparılır.