Mübariz əfsanəsi "Savaşçı"da

22 Yanvar 2018 14:57

Türkiyənin reytinqlərdə birinciliyi qoruyan serialı "Savaşçı"nın 28-ci bölümündə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edilib. Ekran işində Mübarizin qəhrəmanlığından söz açılıb, onun bir əfsanə olduğu vurğulanıb. Volkan Kocatürkün rejissorluğu ilə ekranlaşdırılıan layihənin əsas rollarında Berk Oktay, Murat Serezli,Sarp Levendoğlu,Yıldız Çağrı Atiksoy və digər simalar rol alır. Ekran işinin öncəki bölümlərində də Azərbaycan bayrağı, Qarabağ mövzusuna diqqət çəkilib.