Tovuzda avtomobil ağaca çırpıldı

22 Yanvar 2018 09:37

Tovuzda yol qəzası baş verib. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Müxtəlif bədən xəsarətləri alan, 25 yaşlı Rahim İbrahimov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilib. Qəza nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.