Bakıda yaşayış binası yandı, sakinlər köçürüldü

20 Yanvar 2018 12:53

Bakıda yaşayış binasında yanğın söndürülüb. Hadisə Səbail rayonunda, Neftçilər prospektinin "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb. Əraziyə Fövqəladə hallar nazirliyinin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib. Hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyü yanıb. Sakinlər binadan təxliyə edilib. Xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.