Qadın həm malından, həm canından oldu

19 Yanvar 2018 16:39

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib. Alovun qarşısı alınsa da, gül dükanın sahibi, 62 yaşlı Nərgiz Əmiraslanova ağır yanıq xəsarətləri alıb. Bədəninin 65 faizi yanan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıya, Respublika Yanıq Mərkəzinə göndərilib. Hadisənin səbəbləri araşdırılır.