Banka basqın edən şəxs saxlanıldı

19 Yanvar 2018 16:17

Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birindən qurumun məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları hadisə yerinə çıxıb. Quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub. Aparılan araşdırma zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib. Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.