ATƏT bəyanat yaydı

19 Yanvar 2018 14:16

ATƏT Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü barədə bəyanat yayıb. Sənəddə həmsədrlərin Polşanın Krakov şəhərində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ayrı-ayrılıqda və birgə görüş keçirdikləri qeyd olunub. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əldə edilən razılaşmaların həyata keçirilməsinin asanlaşdırılması üçün növbəti addımlar müzakirə edilib. Həmsədrlər tərəfləri danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar, münaqişənin təsirinə məruz qalan ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini bildiriblər. Həmsədrlərin fevralın əvvəlində bölgəyə səfər etməyi planlaşdırdıqları vurğulanıb.