Ermənistanın işğalçılıq siyasətini pislənildi

18 Yanvar 2018 16:43

Tehranda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 13-cü sessiyası başa çatıb. Toplantıda Ermənistanın Azərbaycana qarşı təcavüzünə, Xocalı soyqırımına dair qətnamələr qəbul edilib. Üzv ölkələrin parlamentariləri 1992-ci ildə ermənilərin törətdikləri Xocalı faciəsini qətiyyətlə pisləyiblər. Bildirilib ki, bu soyqırımı bütün üzv dövlətlər tərəfindən tanınır. Azərbaycanın öz ərazi bütövlüyü və torpaqlarının müdafiəsi uğrunda apardığı siyasət dəstəklənir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən azərbaycanlıların doğma yurd-yuvasına qaytarılması tələb edilib. Ermənistandan işğalçılıq siyasətinə son qoyması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnaməni yerinə yetirməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması istənilib. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki abidələrin, məscidlərin dağıdılması faktları qınalınıb.