Yük maşını 20 metr yüksəklikdən aşdı

18 Yanvar 2018 14:34

Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yoluna birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib.