Mişarla əlini kəsdi

17 Yanvar 2018 17:58

Tovuzda 27 yaşlı gənc mişarla əlini kəsib. Bədbəxt hadisə rayonun Yuxarı Öysüzlü kəndinə baş verib. Kənd sakini Teymur Mirzəyev yaşadığı evdə iş görərkən laqonda ilə ehtiyatsız davranıb və əlini doğrayıb. Yaralı sol əlin kəsilmiş-deşilmiş yarası ilə Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vziyyəti orta-ağır qiymətləndirilir.