"Beynəlxalq hüquqi qiymət almayan faciə"

16 Yanvar 2018 16:59

"20 yanvar faciəsi hələ də layiqincə beynəlxalq hüquqi qiymətini almayıb". Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə deyib. O bildirib ki, bu, Azərbaycana qarşı aparılan ikili standart siyasətinin tərkib hissəsidir. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan xarici siyasətinin əsas hədəfi 20 yanvar faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və beynəlxalq aləmdə həqiqi məlumatların yayılmasından ibarətdir. SİTAT: "20 yanvar faciəsi 1988-ildə Ermənistanda başlayan etnik təmizləmə siyasətinin, Xocalı faciəsinin və Azərbaycan torpaqlarının işğalının tərkib hissəsidir. Sovet ordusu faciəni törədərkən Əfqanıstanda iştirak etmiş heyətdən və ermənilərdən istifadə edib. Onlar hücuma Əfqanıstan əməliyyatı kontekstində rəng verməyə çalışırdılar". SİTATIN SONU.