Nazirlərin növbəti görüşü Polşada olacaq

16 Yanvar 2018 16:52

Xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla növbəti görüşünün vaxtı və yeri məlum olub. Görüş yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.