"Azərbaycan Lavrovun açıqlamasını alqışlayır"

16 Yanvar 2018 14:22

"Azərbaycan tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə sualı cavablandırarkən indi əsas məsələnin təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımların atmasının zəruriliyini bildirib.