"Baron Dədəş" yaxalandı

15 Yanvar 2018 18:43

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunan, "Baron Dədəş" ləqəbli Elşad Bağırov şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı onun paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yaşadığı evdən satış üçün nəzərdə tutulan və hazır qablaşdırılan formada olan külli miqdarda tiryək, heroin, marixuana, o cümlədən 150 ədəd güclü psixortop təsirə malik metamfetamin, preqabalin, metadon həbləri və 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.