Ehtiyatsızlıq sağlamlığı bahasına başa gəldi

15 Yanvar 2018 18:36

Sumqayıt şəhərində 25 yaşlı gənc qadın ehtiyatsızlıqdan yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Hadisə şəhərin Kimyaçılar qəsəbəsi bina 26, mənzil 6-da qeydə alınıb. Nuranə Hümbətəliyeva yaşadığı mənzilin eyvanına çıxaraq, yuyulmuş paltarları asmaq istəyib. Ayağı büdrəyən xanım 3-cü mərtəbədən yerə yıxılıb. O, dərhal yaxınları tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı məlum olub ki, gənc qadın yıxılarkən onurğa sümüyü çartlayıb və sağ bud nahiyəsi sınıb. Eləcə də ağır kəllə beyin travması alıb. Xəsarət alan Nuranə Hümbətəliyevanın vəziyyəti pisləşdiyindən o, Təcili Tibbi Yardım avtomobili ilə Bakı şəhərinə göndərilib. Faktla bağlı araşdırma aparılır.