S.Lavrov D.Qarabağdan danışdı

15 Yanvar 2018 14:31

“Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər”. Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz. “Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir” deyə nazir əlavə edib. Sergey Lavrovun fikrincə, indi əsas məsələ təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımların atmasıdır. Onun sözlərinə görə bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil deyən Sergey Lavrov bildirib ki, buna mərhələli şəkildə yanaşmaq lazımdır. Xarici İşlər Naziri iki ölkə arasındakı mövcud münasibətdən də danışıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərq və Ukraynadakı vəziyyətdən danışıb. O həmçinin, Vaşinqton-Kreml münasibətlərinə də toxunub.