Qonşu qonşusuna 9 bıçaq vurdu

15 Yanvar 2018 14:28

Bakıda orta yaşlı kişi 9 bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə Yasamal rayonunda baş verib. 48 yaşlı Şahin İsgəndərov yaşadığı binanın həyətində avtomobilini park edərkən qonşusu ilə aralarında mübahisə yaranıb. Bu zamanı qonşusu onu bıçaqlayıb. Şahin İsgəndərov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.


Nizami rayonunda isə barda kütləvi dava olub. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisənin baş verdiyi gecə klubuna cəlb edilib. İki nəfər şübhəli şəxs kimi saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.