Z.Yaqubun poeziya gecəsi keçirilidi

15 Yanvar 2018 09:19

Zəlimxan Yaqub təkcə Azərbaycanda və Gürcüstanda deyil, bütün türk dünyasında sevilən şair idi. O, Azərbaycan ədəbiyyatına böyük töhvələr verib. Bu fikirlər Azərbaycanın xalq şairi, “Şöhrət” ordenli Zəlimxan Yaqubun xatirəsinə həsr olunan poyeziya gecəsində deyilib. Gürcüstanın Bolnisi rayonunun Cəfərli kəndində keçirilən tədbirdə şairin Azərbaycan-Gürcüstan dostluq əlaqələrindəki xidməti xüsusi vurğulanıb. Tədbirin davamında mədəniyyət və incəsənət xadimləri böyük ustadın şeirlərini, şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.


AZƏR MƏMMƏDOV