Dağlıq Qarabağ münaqişəsi Aİ-nin diqqətindədir

13 Yanvar 2018 16:10

Ermənstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir. Bu barədə qurumun ATƏT-dəki nümayəndəsinin ATƏT-in yeni sədri, İtaliya xarici işlər naziri Ancelino Alfanonun bəyanatına cavabında qeyd edilib. Bildirilib ki, qurum uzun müddət davam edən Gürcüstan və Moldovadakı, eləcə də Dağlıq Qarabağ münaqişələrinin həllində İtaliyanın ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir. ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən deyib ki, ölkəsi quruma sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir.