Axtarışlar dağ massivində aparılır

13 Yanvar 2018 11:39

Qubada itkin düşən alpinistlərin axtarışları mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Əməliyyatda nazirliyin xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllülər iştirak ediblər. Ötən gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri, həmçinin onların olduğu güman edilən digər bölgələrdə yoxlamalar aparılıb. “Gilavar” idman klubunun 3 üzvü - 35 yaşlı Namin Bunyatov, 28 yaşlı Babur Hüseynov və 27 yaşlı Fəridə Cəbrayılzadə dekabrın 23-də itkin düşüb.