Oğurluğun sonu dəmir barmaqlıq oldu

12 Yanvar 2018 17:02

Bakı şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək yanvarın 8-də paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 20 ünvanında iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə yerindən qaçdıqlarını bildirib. Polis əməkdaşlarının operativliyi nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təqdim ediliblər. Həmin cinayəti törətməkdə şübhəli bilinən İmişli rayon sakini Nuriyev Mirzalı Fizuli oğlu və Lökbatan qəsəbə sakini əvvəllər məhkum olunan Əsədli Elçin Cəlal oğlu müəyyən edilərək saxlanılıb. Həyata keçirilən əlavə tədbirlərlə eyni tarixdə vətəndaş Sadıqlı Bəylər Cabir oğlunun da mobil telefonunu ələ keçirdikləri məlum olub. Saxlanılan şəxslər ifadələri zamanı törətdikləri cinayətləri etiraf ediblər. Faktlar araşdırılır.