20 Yanvar şəhidləri anıldı

12 Yanvar 2018 16:33

Tovuzda 20 Yanvar şəhidlərinin xatirəsinə hazırlanan ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyanın senari müəllifi Bahar Həsənovadır. Səhnə əsərində xalqımızın çəkdiyi ağrı-acılar, müstəqilllik uğrunda apardıqları mübarizə nümayiş olunub. Körpə uşaqların, hamilə qadınların başına gətirilən müsibətlər obrazların dili ilə bir daha tamaşaçıların diqqətinə çatdırılıb. Ədəbi bədii kompozisiya xalq teatrının kollektivi ilə səhnələşdirilib. Sonda 20 Yanvar şəhidlərinin qanının yerdə qalmayacağı vurğulanıb.