Gürcüstanda təbiət hadisəsi həyatı iflic etdi

11 Yanvar 2018 18:45

Gürcüstanın güclü külək və leysan ölkənin bir neçə bölgəsində ciddi fəsadlar törədib. Xaşuri və Telavi şəhərlərində külək ağacları kökündən çıxarıb, elektrik xətləri və avtomobilləri zədələyib. Evlərin zirzəmiləri su ilə dolub. Əhalinin qışa topladığı azuqələr yarasız hala düşüb. Təbii fəlakətin ziyan vurduğu ərazilərdə xüsusi briqadalar işləyir. Güclü külək hava limanının da işində problemlər yaradıb. Bəzi reyslər ləğv olunub. Sərnişinlər aeroportda qalıblar.