Canavarlar qoyunları parçaladı

11 Yanvar 2018 18:42

Qazaxda canavarlar fərdi təsərrüfata hücum edib. Yırtıcılar rayon sakini Sadiqi Pərviziyə məxsus 25 xırdabuynuzlu heyvanı parçalayıblar. Onlardan 15-i ölüb, 10-i isə yaralıdır. Təsərrüfat sahibinin sözlərinə görə, canavarlar daha üç heyvanı da özləri ilə aparıblar. Rayon Baytarlıq İdarəsinin əməkdaşları tələf olan heyvanları basdırıb, ərazini dezinfeksiya ediblər. Yaralı heyvanlara isə quduzluq əleyhinə vaksin vurulub.