Tamah güc gələndə insanlıq yaddan çıxır

11 Yanvar 2018 16:49

Gədəbəy şəhərində yaşayan 59 yaşlı Rahilə İbrahimova evinə gələrkən xoşagəlməz sürprizlə qarşılaşıb. Əvvəldən tanıdığı şəxs evinə gizlin girərək onun gəlməsini gözləyib, İbrahimova qapıdan keçən an boynundan yapışaraq ona hədə-qorxu gəlib. Bir müddətdən sonra özünə gələn qadın mənzilinin alt-üst olduğunu görüb və qonşuları köməyə çağırıb. Müxtəlif bədən xəsarətləri alan Rahilə İbrahimova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər ona ilkin yardım göstərib və travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.