Sumqayıtda qadını döydülər

11 Yanvar 2018 14:36

Sumqayıt şəhərində döyülmə hadisəsi qeydə alınıb. Olay şəhərin Xəzər bağları yaşayış massivində baş verib. Naməlum şəxslər 30 yaşlı Əbdülrəhmanova Aytəkin Şakir qızını döyüblər. Aytəkin ağır kəllə-beyin travması alıb, sol və sağ qol sümükləri sınıb. Hadisədən sonra qadın yaxınlıqda olan insanların köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.