İspaniya mətbuatı Azərbaycandan yazdı

11 Yanvar 2018 11:38

İspaniya mətbuatında "Azərbaycan Əfqanıstandakı kontingentini genişləndirir" sərlövhəli məqalə dərc olunub. Yazıda NATO-nun bu ölkədəki "Qətiyyətli dəstək" missiyasına 94 hərbçidən ibarət heyətlə dəstək verən Azərbaycanın öz kontingentinin sayını 120-dək artırdığı qeyd olunub. Həmçinin ötən ilin noyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qurumun Brüsseldəki mənzil-qərargahında çıxışı xatırlanıb və Azərbaycanın Əfqanıstanda sülhün və təhlükəsizliyin bərqərar olunmasına töhfə verdiyi diqqətə çatdırılıb.