Bağın altını üstünə çevirdilər

11 Yanvar 2018 10:56

Tovuz sakininin 4 il əvvəl saldığı bağı baltalayıblar. Hadisə rayonun Cəlilli kəndində baş verib. Naməlum şəxs və ya şəxslər gecə saatlarında kənd sakini Novruzəli Fərzəliyevin xurma bağına girərək meyvə ağaclarını gövdədən baltalayıblar. Təsərrüfat sahibi ağaclara qulluq etmək üçün bağa girəndə 400-dən çox ağacın məhv edildiyini görüb. Hadisə ilə bağlı polisə məlumat verilib.