Goranboyda 3 zəhərlənmə faktı qeydə alındı

11 Yanvar 2018 10:51

Goranboyda dəm qazından zəhərlənmə olub. Rayonun Səfikürd kənd sakini, 23 yaşlı Lalə Həsənova dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilib. Məlumata görə, Lalə Həsənova yaşadığı evin vanna otağında olarkən zəhərlənib.


Rayonda kirayədə yaşayan 31 yaşlı Gülanə Qarayeva isə qızdırıcı sobada istifadə etdiyi kömürün tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin ağır olduğu bildirilib.


Daha bir nəfər isə dərmandan zəhərlənib. 20 yaşlı qız yaşadığı evdə eyni adda 17 ədəd ağrıkəsici dərman içib. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən gənc qıza həkimlər tərəfindən tibbi yardım göstərilib. Faktlarla bağlı araşdırma aparılır.