Piyadanı vurub qaçdı, amma yaxalandı

10 Yanvar 2018 17:57

Qaradağ rayonu Lökbatan-Xocahəsən yolunda Bakı şəhər sakini Qiyas Abbasovu idarə etdiyi naməlum avtomobillə vuraraq piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü saxlanılıb. Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən 206 saylı xətt marşrutu ilə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun sürücüsü Əlipənah Mehrəliyev tutulub. Sürücü izi itirmək məqsədi ilə avtobusun qırılan alın şüşəsini və nəqliyyat vasitəsinin qabaq işıqlarını təmir elətdirmək istəyən zaman polislər tərəfindən yaxalanıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.