Narkotik alverçisi saxlanıldı

10 Yanvar 2018 17:55

Narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması  istiqamətində həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunan Oğuz Babayev saxlanılıb. Polis İdarəsində üzərinə baxış zamanı ondan ümumi çəkisi 2 kiloqram 100 qram olan yüksək psixotrop təsirə malik heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı Oğuz Babayevin narkotik vasitələrin aludəçisi olduğu müəyyən edilib. O, ifadəsində külli miqdarda heroini satıb gəlir əldə etmək və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.