Su ilə sirkəni səhv saldı

10 Yanvar 2018 17:52

Sumqayıtda ehtiyatsızlıq zəhərlənməyə səbəb olub. 21 yaşlı Vasin İsgəndərov su içmək məqsədi ilə mətbəxə keçib. O, su əvəzinə sirkə turşusu içib. Bir neçə saniyə sonra nə içdiyini fərqinə varanda isə artıq gec olub. Zəhərlənən gənci yaxınları tez Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Bir neçə saatdan sonra Vasin İsgəndərovun vəziyyəti normallaşıb. Hadisə şəhərin 76-cı məhəlləsində baş verib. Faktla bağlı araşdırmalar aparılır.