Məhkəmə işçisini maşın vurdu

10 Yanvar 2018 16:39

Gəncədə Atatürk prospektində, Apellyasiya Məhkəməsinin qarşısında avtoqəza olub. Yolu keçən məhkəmə işçisi Zaur Quliyevi avtomobil vurub. Xəsarət alan şəxs dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilən yaralı daha sonra Gəncədəki özəl xəstəxanalardan birinə göndərilib. Fakt araşdırılır.