119 nəfərdə QİÇS aşkarlandı

10 Yanvar 2018 14:10

Azərbaycanda 2017-ci il ərzində nikaha daxil olmaq istəyən 135 min 990 nəfər icbari tibbi müayinəyə cəlb edilib. Onlardan 3 min 891 nəfərdə talassemiya daşıyıcılığı, 449-unda sifilis, 119 nəfərdə isə QİÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 41-dir. Ümumilikdə isə icabri tibbi müayinənin tətbiq olunduğu tarixdən 2017-ci ilin son gününədək 364 min 284 nəfər müayinədən keçib.